4 C
Baku
Wednesday, February 12, 2025

Səudiyyə Ərəbistanı Rusiyanı Asiya neft bazarından sıxışdırır

Noyabr ayında Səudiyyə Ərəbistanı Asiyanın xam neft bazarının bir hissəsini geri alıb, Rusiya isə tədarükünün bir hissəsini itirib. Mütəxəssislərin fikrincə, bu, bazar dinamikasının dəyişməsinin ilkin əlaməti ola bilər.

“LSEG Oil Research”in məlumatına görə, dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanından neft idxalı oktyabrda gündəlik 5.28 milyon bareldən noyabrda 5.83 milyon barelə yüksəlib.

Eyni zamanda, “LSEG” bildirir ki, Rusiyanın ən böyük idxal regionu olan Asiyaya tədarük həcmi noyabrda 3.51 milyon barelə qədər azalıb. Bu, yanvar ayından bəri ən aşağı göstərici olub.

“Arab Light” xam nefti noyabr ayında Oman/Dubay üzrə regional orta göstərici ilə müqayisədə bir barel üçün 90 sent bahalaşaraq 2.20 dollara yüksəlib. Rusiya xam nefti də daha yüksək nəqliyyat xərcləri ilə üzləşib.

Çin və Hindistan

2022-ci ildə Ukraynada münaqişənin başlanmasından bəri Rusiya xam neft tədarükü Asiyada yalnız iki əsas alıcı ilə məhdudlaşıb: Çin və Hindistan.

Rusiyanın Çinə neft idxalı noyabrda gündəlik 2.04 milyon barelə, Hindistana isə 1.47 milyon barelə düşüb. Bununla yanaşı, Çin noyabrda Səudiyyə neftinin idxalını 1.62 milyon bareldən 1.68 milyon barrelə yüksəldib, Hindistan isə krallıqdan gündəlik 770 min barel alıb.

Yaxın Şərqin digər tədarükçüləri də noyabr ayında idxalda artım müşahidə ediblər, ehtimal ki, öz xam neftinin rəqabət qabiliyyətinə görə.

Noyabrda İraqın Çinə neft idxalı oktyabrda gündəlik 1.21 milyon bareldən 1.53 milyon barelə, Omandan isə gündəlik 680 min barreldən 770 min barelə yüksəlib.

Yaxın Şərq ixracatçıları üçün əsas məsələ bazar payını saxlamaq üçün öz xam neftini digər istehsalçılarla rəqabətədavamlı saxlamaqdır. Asiyada xam neftə ümumi tələbatın 2024-cü ildə əvvəlki illə müqayisədə azalacağı və ilk 11 ayda gündəlik 26.52 milyon barel təşkil edəcəyi gözlənilir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 370 min barel çoxdur.

Son xəbərlər
Digər xəbərlər