Səudiyyə Ərəbistanı ordusu Yəmən ərazisinə zərbə endirib.
Bu barədə Yəmənin “Əl-Masirah” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı artilleriyasının hücumu Yəmənin Səada əyalətində yerləşən Razeh və Qamr adlı iki sərhəd bölgəsinə həyata keçirilib.
Hücumun təfərrüatı barədə məlumat verilməyib.