9 C
Baku
Tuesday, December 16, 2025

Səudiyyə Ərəbistanında 2025-ci ildə edamların sayı rekord həddə çatıb

2025-ci ilin əvvəlindən Səudiyyə Ərəbistanında 340 nəfər edam edilib. AFP-nin hesablamalarına istinadən CTV xəbər verir ki, ölkə bu göstərici üzrə ötən ilki öz rekordunu da geridə qoyub.

İl ərzində edam edilənlərin böyük əksəriyyəti — 232 nəfər — narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunub. AFP-nin məlumatına görə, ölüm hökmlərinin sayında kəskin artım Səudiyyə Ərəbistanında davam edən “narkotiklərə qarşı müharibə” ilə bağlıdır. Krallıq 2022-ci ilin sonunda bu maddələr üzrə edamları üç illik fasilədən sonra yenidən bərpa edib.

Ölkədə edamların rəsmi qeydiyyatı 1990-cı ildən aparılır.

Son xəbərlər
Digər xəbərlər