11 C
Baku
Monday, April 14, 2025

Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar başlayıb

Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü başlayıb”, – mesajda deyilir.

Nümayəndə heyətinə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov, xarici işlər naziri Andrey Sibiqa və Zelenskinin ofisinin rəhbəri Andrey Yermak daxildir.

ABŞ-ni ölkənin dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts təmsil edir.

Son xəbərlər
Digər xəbərlər