10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə kralı qiymət artımının təsirlərinə qarşı 5 milyard dollardan çox vəsait ayırır

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud qlobal qiymət artımının təsirlərini aradan qaldırmaq və ölkə əhalisinin ehtiyacı olan təbəqələrinə kömək etmək üçün 20 milyard rial (təxminən 5.33 milyard dollar) ayrılması barədə göstəriş verib.

Bu barədə ölkənin SAP agentliyi məlumat yayıb.

Kral fərmanına əsasən, birdəfəlik nağd pul köçürmələri şəklində 10.4 milyard riyal (2.77 milyard dollar) sosial təminat alanlara və xırda heyvandarlara dəstək olacaq. Bu, Səudiyyə ailələrinin sosial müdafiəsini təmin etmək üçün 2017-ci ildə istifadəyə verilmiş elektron subsidiya platformasıdır.

Məbləğin qalan hissəsi əsas malların strateji ehtiyatlarının artırılmasına yönəldiləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər