10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə kralı və şahzadə Qarabağa sərmayə qoymaq istəyir

“Səudiyyə Ərəbistanının bir sıra şirkətləri var ki, onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoyuluşunda maraqlıdır və bu sahədə gələcəkdə rol oynayacaqlar”.

Bunu müsahibəsində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyr bildirib.

“Bu da Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Səudiyyə Ərəbistanının rəhbərliyinə olunan dəvətə əsaslanır. Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağı nəzərdə tutur. Amma bu, investisiya üçün həmin ərazidə əlverişli şərait və mövcud imkanlardan asılıdır”, – deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyrin müsahibəsi tezliklə Modern.az saytında dərc olunacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər