Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əl-Saud Yəmənin milli valyutasının düşməsi səbəbindən Yəmən Mərkəzi Bankına 200 milyon dollar ayırıb.
Banker.az saytının Reuters-ə istinadən verdiyi məlumata görə, bu addım «Krallığın hər zaman Yəmən xalqını və hökumətini dəstəkləməsini göstərir, həmçinin Yəmən iqtisadiyyatını sabitləşdirməsinin və Yəmənin valyutasının gücləndirilməsində köməklik göstərmək üçün atılıb».
Səudiyyə kralı tərəfindən ayrılan məbləğ, Yəmən rialını dəstəkləmək üçün 3 milyard dollarlıq tranşın bir hissəsi olacaq, Yemən valyutası il başında fəlakətli şəkildə uçuzlaşmışdı. Yəmən rialının yanvar ayında dollara olan məzənnəsi müharibədən öncəki dəyəri ilə müqayisədə iki qat daha çoxdur – bir dollar qarşılıq 215 rialdan 503 riala qədər qalxıb, bu 7 milyondan çox ölkədə mal və xidmətlərin qiymətinin güclü artmasına gətirib çıxardı. BMT, aclıq içindədir. Hazırda milli valyuta məzənnəsi bir dollar üçün 250 rialdan çox təşkil edir.