19 C
Baku
Thursday, April 25, 2024

Səudiyyə kralının şəxsi mühafizəçisi öldürülüb

Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdül Əziz Əl Səudun şəxsi mühafizəçisi, briqada generalı Əbdül Əziz əl-Faqm güllə yarası alaraq həlak olub.

TASS-ın məlumatına görə, bu barədə Məkkə polisinə istinadən “Al Arabiya” telekanalı bildirib.

Məkkənin Polis Departamentinin rəsmi nümayəndəsi bildirib ki, general əl-Faqm şənbə günü axşam dostunun evində vurulub. İnformasiyaya görə, kralın keşikçisi dostu Türki bin Əbdül Əziz əs-Səbtə baş çəkmək üçün Ciddəyə gedib. O, orada daha bir qonaq Mamduh bin Meşaal əl Əli arasında qarşıdurma olub. Mamduh davadan sonra evdən çıxıb və silahla qayıdıb. O, hamıya nizamsız atəş açıb.

Nəticədə mühafizəçi ağır yaralanıb və xəstəxanada ölüb. Hadisə zamanı daha iki nəfər xəsarət alıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər