Rəsmi Ər-Riyad ölkənin vəliəhd şahzadəsinin İngiltərənin “Mançester Yunayted” klubunu alacağı ilə bağlı yayılan şayiələrin həqiqətə uyğun olmadığını açıqlayıb. Bu barədə “Sports24.ru” məlumat yayıb.
Səudiyyə Ərəbistanının informasiya naziri Türki əl-Şabbana Məhəmməd bin Salmanın “Qırmızı Şeytanlara” sahib olmaq istəməsi ilə bağlı məlumatı təkzib edib.
“Şahzadə Məhəmməd bin Salmanın “Mançester Yunayted” klubunu almaq niyyətində olması ilə bağlı informasiya həqiqəti əks etdirmir. Klub, sadəcə, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə görüşüb, sponsorluqla bağlı perspektivləri müzakirə edib. Sövdələşmə baş tutmayıb”, – deyə nazir “Twitter” hesabında yazıb.
Bundan əvvəl şahzadənin amerikalı Qleyzerlər ailəsinə məxsus olan kluba sahib çıxmaq üçün 3,8 milyard funt sterlinq (8,3 milyard manat – red.) ödəməyə hazır olduğu xəbər verilirdi.