14 C
Baku
Saturday, November 23, 2024

Səudiyyə şahzadəsi “Qazprom” və “Lukoyl”a 500 milyon dollar sərmayə qoyub

Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid ibn-Talal əl-Səud Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl Rusiya şirkətlərinin səhmlərinə 500 milyon dollardan çox sərmayə qoyub.

Bu barədə “Bloomberg” Səudiyyə Ərəbistanı birjasının saytına istinadən xəbər verir.

Şahzadəyə məxsus olan “Kingdom Holding Co” investisiya şirkəti fevral ayında “Qazprom”, “Lukoil” və “Rosneft” tərəfindən verilmiş depozitar qəbzləri alıb.

Aktivlərin əldə edildiyi konkret tarixlər bildirilməyib.

Qeyd olunur ki, bu şirkətlərin qiymətli kağızlarının dəyəri Rusiya hərbi əməliyyatı başlayandan sonra kəskin şəkildə aşağı düşüb. “Bloomberg”in məlumatına görə, Səudiyyə şirkəti hələ də aktivlərə sahib olub-olmaması ilə bağlı suala cavab verməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər