21 C
Baku
Thursday, September 19, 2024

Səudiyyə şahzadəsi Türkiyəyə səfər edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu gün Türkiyəyə səfər edib.

O, burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Agentlik qeyd edir ki, liderlər səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra pozulan əlaqələri normallaşdırmaq məqsədi ilə danışıqlar aparacaq.

Mərasimdən sonra liderlərin ikitərəfli görüşü başlayıb. Görüşdə ikitərəfli əlaqələr, eyni zamanda, regional və beynəlxalq hadisələr müzakirə olunacaq. Səfərin nəticələrinə əsasən, iki ölkə arasında ticarət və digər sazişlərin də imzalanması gözlənilir.

 

 

Son xəbərlər
Digər xəbərlər