18 C
Baku
Monday, September 16, 2024

Səudiyyə və İran iki mövzuda razılığa gəldi

Səudiyyə Ərəbistanı və İran birbaşa hərbi qarşıdurmaya girməmək barədə razılığa gəliblər.

Bu barədə Səudiyyə Ərəbistanının yüksək rütbəli məmuruna istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilir ki, Ər-Riyad və Tehran, həmçinin bundan sonra bir-birinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə qərar qəbul ediblər.

“Dövlətlər müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüblər”, – nəşr qeyd edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər