Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna səfəri zamanı ölən jurnalist Camal Kaşıkçının qatilləri vəzifə səlahiyyətlərini aşıblar, səhvə yol veriblər və bunu gizlətməyə çalışıblar.
Banker.az oxu.az-a istinadən bildirir ki, bu barədə krallığın xarici işlər naziri Adel əl-Cübeyr “Fox News” telekanalına müsahibəsində deyib.
XİN başçısı əmin edib ki, jurnalistin necə öldürüldüyünü və cəsədinin harada olmasını bilmir.
Onun sözlərinə əsasən, qatillərin hərəkətləri şahzadə Məhəmməd bin Salmanla dəqiqləşdirilməyib.
“Bu barədə hətta kəşfiyyat rəhbərliyinin xəbəri olmayıb. Bu dəqiqləşdirilməmiş əməliyyat idi”, – əl-Cübeyr əlavə edib.
Ər-Riyadın rəsmi versiyasına görə, Kaşıkçı konsulluqda görüşdüyü insanlarla mübahisə zamanı qətlə yetirilib. Lakin bu insanların kim olduğu açıqlanmır.