32 C
Baku
Thursday, June 13, 2024

Şəxsi kapitalı necə yaratmaq olar?

Həyatımız boyu əlimiz on milyonlarla pullara toxunur və potensial olaraq hər birimiz milyonerik. Bəs bu potensialı reallığa necə çevirmək olar? Öz gəlirinizin bir hissəsindən istifadə edərək kapital yaratmaq və daha sonra bundan passiv gəlir əldə etmək olar.

Bəs gəlirin hansı hissəsindən istifadə etmək lazımdır?

Bunu müəyyən etmək üçün xərclər üzərində idarəni ələ keçirmək lazımdır. 2-3 ay ərzində xərclərin müxtəlif növləri barədə gündəlik hesabat tərtib edin. Bu xərclərə qida, geyim, telefon və s.lər daxildir. Bu hesabat nəticəsində pulların nəyə xərcləndiyini və hansı xərc kanalını özünüzə sərf edən şəkildə, zərərsiz bağlamağı müəyyən edə bilərsiniz.

Hər ay gəlirin hesabatını aparın və xərcləri planlaşdırın. Qazanılan pulları düzgün şəkildə xərcləməyi öyrənin. Qənaət edilən məbləğ qazanılan məbləğə bərabər şəkildə olmalıdır.

Əsas prinsip – ilk olaraq özünə pul xərclə. Öz gələcəyinə (gəlirin 10%-i və daha çoxu), sağlamlığına, təhsilinə, kapitalın yaradılmasına sərmayə yatır. Yalnız bundan sonra, həyatını daha rahat edən şeylərə pul xərcləmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər