Maliyyə çətinlikləri hər bir insanı yaxalaya bilər. Demək olar ki, bu problemlər həmişə əldə olan pul vəsaitlərinin qeyri-düzgün, məntiqsiz şəkildə xərclənməsi ilə bağlı olur, çünki bu zaman xərclər qazanc səviyyəsini üstələyir. Şəxsi maliyyə planlaması bu problemi həll edir.
Şəxsi maliyyə planlamasının başlıca qaydası -əlçatan hədəflərin qurulmasıdır. Maliyyə rifahına nail olmaq üçün qarşına qoyduğun hədəflər sənin imkanlarına (qabiliyyətlərinə) uyğun olmalıdır. Bu qaydaya riayət etmədikdə sizin xoş güzəranınız şübhə altına düşəcək. Çünki hədəf olaraq seçdiyiniz məqsədlərə nail olmaq üçün siz kreditlərdən istifadə etməyə başlayacaqsınız. Onda siz borca girəcək və borclarınızı qaytarmaq üçün yaşamalı olacaqsınız. Ona görə də bütün xərcləri, sizin əlinizə gələcək gəlirlərə əsaslanaraq planlamaq lazımdır.
Maliyyə planın tərtib edilməsi zamanı həmçinin ən vacib prioritetləri fərqləndirmə qabiliyyəti mühüm rol oynayır. Özünüz üçün birinci dərəcəli əhəmiyyət daşıyan punktları ilk növbədə seçin. Ümumi siyahını məqsədlərin əhəmiyyətlilik dərəcəsinin azalan sırası ilə düzmək lazımdır.
Savadlı şəkildə tərtib edilməsi üçün maliyyə planı diqqətli, yaxşı ölçülüb-biçilmiş yanaşma tələb edir. Bu öz gəlir və çıxarlarını səlis qiymətləndirmk üçün əla imkandır. Bu yolla siz qazancınızın əsas hissəsinin hara xərclədiyinizi dərk edir, həmçinin onu daha ağıllı şəkildə necə bölüşdürməyin mümkün olduğunu anlayırsınız.
Bəzi məqsədlərə nail olmaq üçün siz öz şəxsi əmanətlərinizin bir hissəsini sərf edə və ya kredit götürə bilərsiniz, amma bu maliyyə qaynaqlarına çox da ümid etmək olmaz. Özünüzü yalnız ən zəruri anlarda həmin maliyyə ehtiyatlarından istifadə etməyə öyrəşdirin.
Şəxsi maliyyə planını yenidən nəzərdən keçirmək tövsiyə olunmur. Ən azından bunu tez-tez etmək arzuolunmazıdır. Xüsusən də əgər siz, ikinci dərəcəli məqsədləri həyata keçirmək üçün öz gəlirinizi yenidən paylaşdırmaq istəyirsinizsə. Tələsik xərclərdən özünüzü saxlamağa çalışın, məsələn ailəvi mənzildə qaldığınız halda avtomobil almağa dəyməz.
Şəxsi maliyyə planlaması ciddi münasibət və xeyli vaxt tələb edir. Siz bütün xərcləri və gəlirlər, o cümlədən də ortaya çıxa biləcək gözlənilməz məsrəfləri nəzərə alın. Prioritet hədəfləri müəyyən edin, yuxarıda sadalanan prinsiplərə riayət edə planın tutulması olduqca vacibdir.