14 C
Baku
Sunday, November 24, 2024

Şəxsi təhsil və liderlik vərdişlərinin təkmilləşdirilməsi

Menecerlər və rəhbərlər daim istehsal prosesinin texnoloji dəyişiklikləri ilə, həmçinin biznesə olan yeni tələblərlə qarşılaşırlar.

Bu cür dəyişikliklərə uğurlu uyğunlaşma (adaptasiya) səlahiyyətli rəhbərlik tələb edir, belə ki, personala ixtisası artırmaq və yaranmış şəraitdən bütünlükdə istifadə etməyə yardım etmək zəruridir. Lakin insanları idarə etməzdən əvvəl öz inkişafınızla məşğul olun.  Əlbəttə, «anadangəlmə rəislər»ə də rast gəlmək mümkündür, lakin yaxşı rəhbərlərin çoxu müvafiq vərdişləri öyrənməli olur. Bu məqalənin dərc edilməsinin vəzifəsi sizə rəhbərliyin mövcud vərdişlərini qiymətləndirməkdə kömək etmək, özünüzü təkmilləşdirmək üçün imkanlar üzə çıxarmaq və şəxsi perspektiv planınızın işləyib hazırlanmasında kömək etməkdir. 

Özünütəkmilləşdirmə hamıya lazımdır, lakin menecerlərə və rəhbərlərə xüsusilə lazımdır, belə ki, onların vəzifəsinə başqalarını idarə etmək də aiddir. Lakin rəhbərlik vərdişlərini inkişaf etdirmək iəkcə menecerlərə lazım deyil. Müasir işgüzar dünyada, təşkilatların strukturunun daim dəyişən zamanında, əməkdaşların yüksək sərbəstliyi və vaxtında, çevik olaraq müştərilərin sorğularına cavab vermək lazım olduğu dövrdə hər kəs kollektivə başçılıq etməyi bacarmalıdır.

Hansı rəhbəri səlahiyyətli hesab etmək olar? Bu mövzuda çoxlu sorğular keçirilmişdir, həm də əsasən mütəxəssislərin fikirləri bu sahədə eynidir. XXI əsrin savadlı rəhbərinin başlıca fərqləndirən xüsusiyyətləri – öz təşkilatının/şöbəsinin/qrupunun məqsədini seçmək bacarığı, ünsiyyət qurmaq, şəxslər arasında münasibətlər yaratmaq, əməkdaşların motivasiyalarını yaratmaq və s. bacarığı ümumbəşəri vərdişlərə aiddir. Təbii ki, bəzilərində bu cür vərdişlər yaxşı inkişaf etmiş, digərlərində bir qədər az inkişaf etmişdir, lakin onları mənimsəmək və burada verilən tövsiyələrdən iş yerlərində istifadə etmək olar. Yəqin Ki, bir rəhbər kimi siz nə qədər çox sayda vərdiş və yanaşmalara maliksinizsə, siz onlardan o qədər lə təcrübədə istifadə edirsiniz və sizin rəhbərlik bir o qədər də təsirli olacaq.

Özünütəkmilləşdirmənin üstünlükləri

Təşkilat üçün

Personal sərbəst olaraq ixtisasının artırılmasına vaxt ayırırsa, aşağıdakılarda qazanır:

• Əlverişli və dinamik iş şəraiti yaranır. Əgər insanlar eyni zamanda təhsil alır və işləyirsə, onlar işə yaxşı əhvali-ruhiyyədə gəlir və fədakarcasına işləyirlər.
• Personalın bir-birini əvəz etməsi artır, işçilər baş verən dəyişikliklərə daha tez uyğunlaşır ki, bu da təşkilatın bütövlükdə uğurlarına kömək edir. Əməkdaşların şəxsi təhsili təşkilatın imkanlarını genişləndirir.
• Kadrların peşəkarlıqları artır. Özünütəkmilləşdirmə işçiləri daha çox müstəqilliyə, qoyulmuş məqsədlərə daha inadla irəliləməyə kömək edir. bu xarakteristikalar uğurlu təşkilatlara xasdır.

Sizin üçün

Siz özünüzü təkmilləşdirməyə sərf etdiyiniz vaxt aşağıdakıları qazanırsınız:

• sizə işə düzəlmək asan olur, çünki bizim zəmanədə sabit məşğulluq artıq keçmişdə qalır;
• Siz müxtəlif insanlarla işləmək üçün vərdiş və bacarıqlarınızı genişləndirirsiniz.

Şəxsi təhsil üçün tövsiyələr

Aşağıda özünütəkmilləşdirmə üzrə bəzi tövsiyələr verilmişdir.

1. Nəyə nail olmaq istədiyinizə qərar verin.
2. Öz bacarıq və imkanlarınızı qiymətləndirin.
3. İnformasiya alın və ətrafdakıların cavab reaksiyasını müəyyən edin.
4. Özünütəkmilləşdirmə üçün imkanlarınızı qeyd edin.
5. Rəhbərliklə əməkdaşlıq qurun.
6. SMART-ın meyarlarına əsasən qarşınıza bir neçə məqsəd qoyun.
7. Şəxsi iş planı işləyib hazırlayın.
8. Şəxsi iş planına uyğun hərəkət edin.
9. Yeni bacarıqlarınızın vərdişə keçməsi üçün məşq edin.
10. Uğurlarınız haqqında məlumat verin.

1. Nəyə nail olmaq istədiyinizə qərar verin.

Axı siz hara getməyinizə qərar vermədən yola düşə bilməzsiniz. Əgər sizin müəyyən məqsədiniz yoxdursa və ya nəyə nail olmaq istədiyinizi bilmirsinizsə, sizi daim qane olmamaq hissi izləyəcək.

Vaxtaşırı həqiqətən nəyə nail olmaq istədiyiniz barədə düşünün. Öz məqsədlərinizi mümkün qədər konkret olaraq yazın. Buna vaxt lazım olacaq, lakin sizin «mübariz vəzifə»niz üçün dəqiq qeydiniz onun yerinə yetirilməsinə doğru əsas addımdır. Bu «vəzifələr»dən bir neçəsinə diqqət yetirək:

• mən gələn il istehsalat təcrübəsi keçmək istərdim;
• mən gələn il bu işi yaxın bir neçə il ərzində davam etdirmək istərdim;
• mən gələn il başqa təşkilata keçmək istərdim;
• mən yaxın üç il ərzində işimdə irəliləmək istərdim;
• mən gələn bel il ərzində öz şəxsi işimi açmaq istərdim.

Özünüzün şəxsi vəzifənizi düşünüb yazın. Bu vəzifənin yerinə yetirilməsi üçün real vaxt dövrlərini göstərməyə çalışın.

2. Öz bacarıq və imkanlarınızı qiymətləndirin

İndi siz özünüzü qiymətləndirməlisiniz. Bu vəzifəni yerinə yetirməyə nə dərəcədə hazırsınız? Öz məqsədlərinizə çatmaq və başqa insanlara uğurlu rəhbərlik xeyli dərəcədə özünüzü nə dərəcədə tanımağınızla müəyyən edilir. Özünüz haqqında bilikləri genişləndirməyin ən sürətli üsulu – bunun üçün sorğu-özünə-hesabatdan istifadə etmək, əhatənizdə olanların reaksiyasını nəzərə almaq və öz fəaliyyətinizin nəticələrinin qiymətləndirilməsi, həmçinin özünüzün özünüzə tənqidi yanaşmağınızdır. Əgər əvvəllər bunu etməmisinizsə, sizdən indii bunu etmək üçün müəyyən cəsarət tələb olunacaq. Axı cəsarət səlahiyyətli rəhbərin ayrılmaz keyfiyyətlərindən biridir.

Xoşbəxtlikdən hazırda bir sıra sorğu-özünə-hesabat kitabçaları mövcuddur. Onlardan bəziləri xüsusilə Mayers-Briqqsin (Myers-Briggs Type Indicator, MVT I) sorğu kitabçası şəxsin xüsusiyyətlərini qiymətləndirməyə imkan verir, digərləri, məsələn komandaya rəhbərlik xüsusiyyətləri (Team Management Inventory, TM I) sorğu kitabçası komandada işin tərzini qiymətləndirməyə, və ya Belbinin (Belbin team assessment) komandanı qiymətləndirmək üçün sorğu kitabını göstərə bilərik, digər sorğu kitabları sizin cavablarınız üzrə sizin tədris, rəhbərlik, dəyişikliklərə reaksiyanız və s. Haqqında mühakimələr yürütməyə kömək edir.

Əlbəttə, bir testin nəticələrinə inanmamaq olar, lakin bir neçə sorğu kitabçası insanı düşünməyə vadar edir.

3. İnformasiyanı alın və ətrafdakıların cavab reaksiyasını müəyyən edin

Əməkdaşlarınıza bildirin ki, öz fəaliyyətiniz barədə onların fikirləri ilə maraqlanırsınız, onların dediklərinə diqqətlə qulaq asın. Özünüzü öyrənmək üçün hansı metoddan istifadə etməyinizdən asılı olmayaraq, özünüzü doğrultmağa çalışmayın və ətrafdakıların fikrini diqqətlə dinləyin. Yaxşı xəbərlərə sevinin və «dişləri qıcımaq» arzusuna baxmayaraq, tənqidi qeydləri yaxşı qarşılayın, onlardan özünüzü təkmiləşdirmək üçün səbəb kimi istifadə edin.

4. Özünüzü təkmilləşdirmək üçün imkanlar tapın

Özünüzü təkmilləşdirmək üçün imkanları müəyyən etməkdən ötrü alınan cavabları diqqətlə təhlil edin. Emosional neytral zəif, məsələn, kompüterdə işləmək bacarıqlarının yaxşılaşdırılması kimi tərəflər, həm də misal üçün, başqalarına qulaq asmaq kimi «qaynar» mövzular aşkara çıxa bilər. Nəticədə özünü təkmilləşdirmə üçün çoxlu istiqamətlər meydana çıxır, xüsusilə əgər siz ətrafdakıların fikrini birici dəfə eşidirsinizsə. Bununla belə, müvəffəqiyyət qazaqmaq üçün diqqəti bir neçə prioritet istiqamətdə cəmləşdirmək lazımdır.

5. Rəhbərliklə əməkdaşlıq qurun

«Missiyanız»ın nədən ibarət olduğunu aydınlaşdırdıqdan və özünütəkmilləşdirmə üçün imkanlar tapdıqdan sonra rəhbərliklə əməkdaşlıq qurmağa çalışın. aşağıdakı məsələləri həll etməkdən ötrü rəislə görüş barədə danışın.
• Cari iş tələbləri, həmçinin ümumi işə öz payınızı yüksəltmək imkanı.
• Şəxsi inkişafın bəzi məqsədləri. Bunlara nail olmaq üçün vaxt və qüvvə sərf etməyə hazır olduğunuzu göstərin.
• Rəhbərliklə qüvvələrinizin birləşməsi dəstək və zəruri resurslar almağa, o cümlədən asudə vaxt və maddi mükafat almağa kömək edir.
6. SMART meyarlarına əsasən qarşınıza bir neçə məqsəd qoyun
Xoş arzular siyahısı özünüzü təkmilləşdirməkdə çətin ki, böyük uğurlar qazanmağa kömək etsin. Aşağıdakı iki müddəanı müqayisə edin.

1. Mən ilin sonuna qədər ünsiyyət bacarığımı yaxşılaşdırmağı planlaşdırıram.
2. Mən materialın verilməsi bacarığımı təkmilləşdirəcəyəm, yeni laythəmiz üzrə məruzə edəcəyəm, həmçinin imkan olduqca kütlə üçün çıxışlar üçün tədris kursu keçəcəyəm. Bütün bunları ilin sonuna qədər bitirəcəyəm.

Birinci müddəa olduqca ümumidir, məhz hansı bacarıqdan söhbət getdiyi aydın deyil. Həmçinin, nailiyyətlərin qiymətləndirilməsi metodları haqqında məlumat da yoxdur. «Yeni il»də (Yanvarın 1-dən başlayaram)qəbul etdiyinix qərar kimi, ümumi özünütəkmilləşdirmə haqqında sizin ruh yüksəkliyiniz tezliklə yox olacaq. İkinci müddəa SMART meyarlarına uyğundur, yəni mühüm bir kommunikativ vərdişdə, kütləvi çıxışlar vərdişində birləşir. SMART meyarları məqsədlər qoyuluşu üçün aşağıdakılardan ibarət olur:
 S (specific) — fəaliyyətin spesifikliyi. Bu misalda diqqət, nail olmaq üçün konkret addımlar sadalanan kütləvi çıxışlarda cəmləşmişdir;
• M (measurable) — nəticələrin ölçülməsi. Ölçülər kəmiyyət, keyfiyyət və ya müəyyən edilmiş (sizin rəis, nəzarət edən şəxs, xarici təşkilat və s. tərəfindən) standart ölçüləri müqayisə etmək yolu ilə alınır. Verilən halda nəticələr bu və ya digər hərəkətin bitməsi faktı üzrə qiymətləndirilir;
 A (aligned) — ümumi vəzifə, bu halda karyerada yüksəlmə planları ilə uyğun olaraq. Hazırda kütləvi çıxışlar bacarığı bir çox fəaliyyət sahələrində zəruridir;
 R (realistic) — sizin bacarıqlarınız, müvəqqəti və başqa resurslar nöqteyi-nəzərdən reallıq. Əgər yuxarıda adı çəkilən məqsəd noyabrın əvvəlində qarşıya qoyulubsa, onda bu məqsədə nail olunmasını (ilin sonuna) real hesab etmək olmaz. Digər tərəfdən, yanvarın əvvəlindən arzu olunan nəticələrin əldə edilməsi nəzərə alınmaqla bu məqsədin seçilməsi ilin sonuna qədər ona çətinlik olmadan nail olmağa imkan verir. Həddən artıq asan məqsədlərdən qaçın: məqsədlərin özü və onlara nail olunma addımları kifayət qədər mürəkkəb olmalıdır. Bu misalda kütləvi çıxışlar bacarığı haqqında materialın öyrənilməsi – çətin məsələ deyil, eyni zamanda, layihə üzrə çıxış kimi xeyli qüvvə tələb edir;
 T (trackable) — Tərəqqini müşayiət etmək və vaxt məhdudiyyəti. Uğurları izləmək, şəxsi hərəkət planını tərtib etməkdən asandır. Konkret plan məqsədə nail olmağın real tarixini müəyyən etməyə imkan verir.

7. Şəxsi hərəkət planını işləyib hazırlayın

«Beyin fırtınası» metodu ilə bu məqsədə nail olmaq üçün zəruri olan hərəkətlər müəyyən edilir və yazılır. Bundan sonra müəyyən ardıcıllıqla hərəkətlər yerləşdirilir, öhdəliklər bölüşdürülür və müvəqqəti qrafik tərtib olunur.

• Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün zəruri olan konkret tədbirlər/hərəkətləri sadalayın. Müxtəliflik olmasına diqqət yetirin: bu, sizin hərəkət planını maraqlı edər və özünütəkmilləşdirmə üçün imkanları artırar.
• Məqsədə nail olmağın yolunda zəruri metodları, resursları, həmçinin mümkün maneələri təhlil edin.
• Hər bir tədbirin başlanğıc və bitirmə tarixlərini müəyyən edin.
Nəhayət, başqa maraqlı şəxslərlə hərəkət planınızı, xüsusilə vaxt qrafikini müzakirə edin. Bununla siz əmin ola bilərsiniz ki, planınız real və yerinə yetiriləndir.

8. Şəxsi hərəkət planına uyğun iş görün

Məqsədə nail olma uzun müddət ərzində xırda tapşırıqların yerinə yetirilməsinin nəticəsidir. İrəliyə doğru hərəkət və motivasiya üçün, həmçinin müəyyən edilmiş vaxta çatdırmaq üçün son məqsədə nail olmaq yolunda hər gün nə isə etməyə çalışın.

9.Yeni bacarıqlarınızın vərdiş halını alması üçün təcrübə keçin

Yeni mənimsədiyiniz vərdişlərdən istifadə üçün imkanlar axtarın, təcrübə toplayın və daha inamlı olun. Kütləvi çıxışların vərdişlərini mənimsəyərək əvvəlcə «təhlükəsiz» situasiyalarda təcrübə qazanın. Özünüzdə kifayət qədər qətiyyət tapdıqdan sonra rəhbərlik qarşısında və ya kənar təşkilatlar qarşısında məruzə edin.

10. Uğurlarınız haqqında məlumat verin

Qoy rəhbərlik və həmkarlarınız sizin uğurlarınız haqqında məlumatlı olsunlar. Əgər rəhbərlik sizə dəstək olub əlavə resurslar da verirsə, gələcəkdə də rəhbərliyin sizin bu əməlinizi dəstəkləməsi üçün əldə etdiyiniz bacarıqları nümayiş etdirmək məqsədilə qısa hesabat hazırlamaq olar.
Tipik situasiyalar

Siz hər hansı yeni işə başlayanda və ya artıq qurulmuş prosesdə nəyisə dəyişdirirsinizsə, çətinliklər yarana bilər. Aşağıda özünütəkmilləşdirmə ilə məşğul olduğunuz zaman ehtimal olunan çətinliklərlə qarşılaşacağınız situasiyalar təsvir edilmişdir. Hər təsvirdən sonra vəziyyətdən çıxış yolu göstərilmişdir.

Situasiya. Şəxsi işiniz və ya məqsədiniz yoxdur. Siz özünüzü nəyəsə bağlamaq istəmir, çevikliyinizi qoruyub saxlamaq istəyirsiniz.

Vəziyyətdən çıxış. Çevikliyi saxlamaqla konkret məqsədlərə malik olmaq mümkündür, necə ki, nəqliyyat tıxacına düşərək, çevikliyi saxlamaqla marşrutu dəyişir, son nəticədə təyinat məntəqəsinə çatırsınız. Bütövlükdə dəyişən şəraiti nəzərə almaqla məqsədlərin korrektirovkası tələb oluna bilər, lakin fəaliyyətinizin əsas istiqamətinin dərk edilməsi sizin işinizi məqsədyönlü edər və arzu olunana nail olmaq ehtimalını artırar.

Situasiya.. Sizin təşkilatda əməkdaşlar özünütəkmilləşdirməyə heç bir maraq göstərmir.
Vəziyyətdən çıxış. Nümunə göstərin, təhsilə və ixtisası artırmağa doğru ruh yüksəkliyi nümayiş etdirin. Təşkilata və burada qəbul edilən yanaşmalara istiqamətlənərək özünüzü məhdudlaşdırmayın. Öz «qınınızı» tərk edin, digər şöbələrə və kənar təşkilatlara baxın, onların təcrübəsindən istifadə edin, rəislə, həmkarlarınızla müşahidələrinizi bölüşün.

Situasiya. Siz uzun illərdir hər hansı işlə məşğulsunuz və tez-tez qarşılaşdığınız, bəzilərinin həlli olmayan eyni problemlərdən yorulmusunuz. Dəyişikliyə doğru ilk addımı necə atmalı?
Vəziyyətdən çıxış yolu. Sizin motivasiyanız zəifdirsə, başqalarını maraqlandıra bilməyəcəksiniz. Hələlik sizə aşağıdakı məsləhətləri verə bilərik.

• Siz işdə olan problem və maneələrə həddən artıq diqqət yeirirsiniz, bəlkə yeni imkanlar axtarışına keçəsiniz? Keçmiş xatirələrdən və cari çətinliklərdən uzaqlaşın, gələcəyə baxın.
• Əgər siz «dərədən çıxmaq» istəyirsinizsə, ilk növbədə «torpağı qazmağı» dayandırın. Rəisinizlə və ruhən sizə yaxın olan əməkdaşlarla birgə köhnə problemlərin həllinə alternativ yanaşmaları müzakirə edin.
• Yəqin ki, kimsə əvvəllər buna oxşar problemlərlə qarşılaşmalı olub Situasiyaya təzə baxış olduqca faydalı ola bilər.

10 tövsiyə

Aşağıda rəhbərin özünütəkmilləşməsi üçün 10 praktiki məsləhət sadalanmışdır:
1. Özünüzü rəhbər hesab edin və şəxsi təsir, ətrafdakıların dəstəyini əldə etmək üçün şəxslərarası ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi üzərində işləyin.
2. Öz fəaliyyətiniz sahəsində inkişafınızı izləyin, bu sahədə mütəxəssislərlə ünsiyyətdə olmaq üçün peşəkar təşkilata daxil olun. Peşəkar jurnalları oxuyun və yeni nailiyyətləri izləyin.
3. Rəhbərliyin, əmkdaşların və bilavasitə sizə tabe olanların fikrini öyrənmək üçün özünüzün rəhbər kimi bacarıqlarınızı aydınlaşdırmaq üçün «360 dərəcə» prinsipi üzrə əks-əlaqə metodundan istifadə edin.
4. Özünütəkmilləşdirmə üçün nümunə olun, öyrənin, müxtəlif yeni yanaşmaları sınaqdan keçirin. Bu sizin əməkdaşları analoji hərəkətlərə sövq edəcək.
5. İşə ruh yüksəkliyi ilə yanaşın. Motivasiya və ruh yüksəkliyi olmazsa, ətrafdakılardan işə maraq gözləmək mümkün deyil.
6. Özünüzü sözlərinizə uyğun olaraq aparın – əgər nəyisə vəd edirsinizsə, buna əməl edin.
7. Özünüzdə yumor hissini inkişaf etdirin, iş yerində hadisələri gərginləşdirməyin. Hadisələri və iş problemlərini çox ciddi qəbul etməməyi öyrənin.
8. Sizə maraqlı olan və ona görə işə həvəslə getdiyiniz minimum bir layihə üzərində işləməyə çalışın.
9. Qarşınıza uzunmüddətli məqsəd qoyun. Sonra bu məqsədə nail çatmaq üçün sizə nəyin kömək edəcəyini aydınlaşdırın. Hər gün heç olmazsa, bir addım irəliləyin, bu addım kiçik də olsa, məqsədə doğru addım olacaq.
10. Dözümlülük və enerji səviyyənizin yüksəlməsi üçün bədən tərbiyəsi ilə məşğul olun.

Son xəbərlər
Digər xəbərlər