10 C
Baku
Friday, December 13, 2024

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili üçün layihə hazırlanıb.

Bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda qeyd edilib ki, məqsəd elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsidir.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Respubvlikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin fərman layihəsi hazırlanıb. Hazırda layihənin razılaşdırılması üçün işlər davam etdirilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər