6 avqust 2025-ci il saat 11.00-da “Səyyarmextikinti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar cəmiyyətin 2024-cü il üçün illik fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. Cəmiyyətə məxsus 1,5 hektar torpaq sahəsinin satışa çıxarılmasının müzakirəsi.
3. Digər məsələlər
Xatırladaq ki, “Səyyarmextikinti” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 975 152 manat olan şirkətin qanuni təmsilçisi isə Məhəmməd Vəliyevdir.