6 C
Baku
Tuesday, January 31, 2023

S. Ərəbistanı Çinlə 50 milyardlıq investisiya müqaviləsi imzalayıb

Ər-Riyadda keçirilən sammitdə Səudiyyə Ərəbistanı və Çin səlahiyyətliləri 50 milyard dollarlıq investisiya sazişi imzalayıblar. Bu barədə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falihə istinadən “Bloomberg” yazıb.

İnvestisiya müqavilələrinin təfərrüatları açıqlanmır. Bununla belə, cənab əl-Falihin qeyd etdiyi kimi, investisiyalar həm özəl, həm də dövlət sektoruna təsir edəcək.

Dekabrın 8-də Çin sədri Si Tsinpin son altı ildə ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib. 2021-ci ildə Səudiyyə Ərəbistanı ilə Çin arasında ticarət dövriyyəsi 309 milyard Səudiyyə riyalı (təxminən 82.1 milyard dollar) təşkil edib. Səudiyyə Ərəbistanı Çin iqtisadiyyatına investisiyaların həcminə görə ölkələr siyahısında 12-ci yerdə qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər
X