S.Ərəbistanı da uranın zənginləşdirməsini istəyir

Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi də daxil olmaqla nüvə sənayesinin inkişaf etdirilməsi barədə düşünür.

Banker.az xəbər verir ki, bu haqda ölkənin energetika naziri Əziz ben Salman Əl Saud məlumat verib.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

“Nüvə enerjisinə yanaşmamız iki nüvə reaktoru üzərində təcrübə aparmaqdan ibarətdir”, – deyə nazir World Energy Congress konfransında bildirib.

“Bu işi diqqətlə görəcəyik. Əgər nüvə enerjisini inkişaf etdirmək qərarına gəlsək, uranın istehsalından tutmuş zənginləşdirilməsinə, parçalanmasına və hətta texnologiyaların alınmasına qədər hər şey edəcəyik”.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının yeni energetika naziri vəzifəsinə Əbdül  Əziz ben Salman Əl Saud təyin olunub. Qeyd edək ki, tarixdə ilk dəfə olaraq bu vəzifəyə kral ailəsinin nümayəndəsi gətirilir.

Daha əvvəl ölkənin energetika naziri Xəlid əl-Falih tutmuşdur, qeyd edək ki, o həmçinin OPEC+ müqaviləsinin əsas təşəbbüskarlarından biri sayılır.

Bloomberg-in verdiyi məlumata görə, enerji sektorunda bu cür dəyişikliyin əsas səbəbi, Səudiyyə Ərəbistanının “qara qızıl” ın qiymətlərindən narazı olması və “Saudi Aramco” şirkətinin birjaya çıxmağa hazırlaşması olub.  


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları