11 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

S.Ərəbistanı gələcəyin innovativ şəhərinin tikintisinə başlayır

Səudiyyə Ərəbistanı “Xətt” adlı layihə çərçivəsində krallığın şimal-qərbində NEOM innovativ şəhərinin tikintisi üçün tunellər çəkməyə başlayıb.

Bu barədə layihə rəhbəri Nəzmi əl-Nasr “Bloomberg”ə müsahibəsində bildirib.

“Şəhərin planlaşdırılması və tikintisi üçün tələb olunan işlərin bir faizi belə hələ tamamlanmayıb”, – deyən Nəzmi əl-Nasr, tikinti planlarının hələ hazırlanma mərhələsində olduğunu əlavə edib. Eyni zamanda, hökumət 2024-cü ildə yeni şəhərdə ilk sakinləri yerləşdirməyi və turistləri qəbul etməyi planlaşdırır.

Səhrada investisiya potensialı 500 milyard dollardan çox olan meqaşəhərin yaradılması layihəsi 2017-ci ildə elan edilib. Layihə Krallığın “Vision-2030” iqtisadiyyatın alternativ sahələrinin inkişafı üzrə strateji planının tərkib hissəsi kimi həyata keçirilir və enerji, su ehtiyatları, biotexnologiya, qida sənayesi, rəqəmsal texnologiyalar kimi sahələri əhatə etmək üçün nəzərdə tutulub.

 

Son xəbərlər
Oxşar xəbərlər
X