12 C
Baku
Şənbə, Dekabr 4, 2021

S. Ərəbistanı neft platformasını əyləncə parkına çevirir

Səudiyyə Ərəbistanının Suveren Fondu (PIF) “The Rig” adlı əyləncə parkı layihəsini işə salıb.

Banker.az xəbər verir ki, ümumi sahəsi 150 min kvadrat metr olan turizm sahəsi Fars körfəzindəki dəniz neft platformalarından birində yaradılacaq. Əyləncə parkından əlavə olaraq, orada üç hotel, bir neçə dünya səviyyəli restoran və ekstremal idman növləri üçün yerlər olacaq.

Bildirildiyi kimi, layihə həm turistləri, həm də yerli sakinləri cəlb edəcək. Eyni zamanda yaradıcılarının sözlərinə görə, “The Rig” ətraf mühitə zərər verməyəcək. Dəniz turizm layihəsi – “PIF”in Səudiyyə Ərəbistanının beynəlxalq əyləncə və turizm mövqeyini gücləndirmək strategiyasının bir hissəsidir.

Bu strategiya 2021-2025-ci illərdə səyahətçiləri cəlb etmək üçün ölkədə bir sıra yenilikçi layihələrin həyata keçiriləcəyini nəzərdə tutur.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti “Sudair Solar” günəş elektrostansiyası layihəsinin iştirakçısı olub. Onun dəyəri təxminən 3.4 milyard dollar dəyərində qiymətləndirilir. Bu, neft nəhənginin günəş enerjisinə qoyduğu ilk sərmayədir.

Son xəbərlər
Oxşar xəbərlər
X