20 C
Baku
Monday, October 2, 2023

S. Ərəbistanı Ukraynadakı müharibənin həlli üçün beynəlxalq sammit keçirəcək

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Səudiyyə Ərəbistanı Ukraynadakı müharibənin başa çatması ilə bağlı beynəlxalq sammitə ev sahibliyi etmək niyyətindədir, Banker.az bu barədə The Bell nəşrinə istinadən xəbər verir. Məlumata görə, Rusiya tədbirdə iştirak etməyəcək.

Ukraynanın təşkil etdiyi sammitin avqustun əvvəlində Qırmızı dəniz sahilindəki Ciddə liman şəhərində keçirilməsi planlaşdırılır. “Associated Press”ə görə, tədbirin məqsədi sülh danışıqlarına başlamaqla müharibəni bitirmək üçün bir yol tapmaqdır.

Sammitdə Ukrayna ilə yanaşı, Braziliya, Hindistan, Cənubi Afrika və bir sıra digər inkişaf etməkdə olan ölkələrin, eləcə də Co Bayden administrasiyasından yüksək rütbəli Amerika rəsmisinin iştirakı gözlənilir. Nəşrin həmsöhbəti əlavə edib ki, görüşün hazırlanması prosesinə Kiyev nəzarət edir.

“Wall Street Journal” bildirir ki, görüş avqustun 5-6-da baş tutacaq, ora İndoneziya, Misir, Meksika, Çili və Zambiya da daxil olmaqla 30-a yaxın ölkə dəvət olunub. Böyük Britaniya, Cənubi Afrika Respublikası, Polşa və Aİ də iştirakını təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər
X