28 C
Baku
Saturday, July 27, 2024

S. Ərəbistanı və ABŞ xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsini müzakirə etdilər

Səudiyyə Ərəbistanın xarici işlər naziri şahzadə Feysal bin Farhan ABŞ-ın dövlət katibi Entoni Blinken ilə İsrail-Fələstin münaqişəsini müzakirə edib. Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Qeyd edilir ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasındakı strateji münasibətləri, habelə bütün sahələrdə onların yaxşılaşdırılması yollarını nəzərdən keçiriblər.

Bundan əlavə, Fələstin-İsrail münaqişəsi və bir-biri ilə toqquşan regionlar arasındakı gərginliyin azaldılması məsələsi müzakirə edilib.

“Blinken fələstinlilərin və israillilərin ölümündən kədərlənib və bu böhranın daha da dərinləşməməsi üçün birgə işə çağırıb”, – deyə mesajda bildirilir. Vurğulanır ki, ABŞ-ın dövlət katibi “fələstinlilər və israillilərin bərabər azadlıq, ləyaqət, təhlükəsizlik və firavanlığa layiq olduqlarına inandığını” qeyd edib.

“İsrail fələstinlilərə qarşı kobud qanun pozuntularına yol verir. İsrailin fələstinlilərin Qüdsdəki evlərini ələ keçirməsini şiddətlə qınayırıq”, – deyə nazir söyləyib.

O, Şərqi Qüdsün Fələstinə məxsus olduğunu bildirərək, eyni zamanda beynəlxalq ictimaiyyəti “İsrail tərəfindən edilən pozuntular qarşısında öhdəliklərini yerinə yetirməyə” çağırıb.

İsrail və Fələstin arasında raket hücumları hələ də davam edir. Əldə olan məlumata görə, münaqişənin alovlandığı gündən bəri İsraildə 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Fələstin tərəfindən 200 nəfər ölüb, 1 200 çox insan yaralanıb.

Münaqişənin kəskinləşməsi mayın əvvəlində baş verib. İsrail səlahiyyətliləri Şərqi Qüdsdəki iğtişaşlara və fələstinlilərin etirazlarına səbəb olan bir neçə ərəb ailəsini qovmağa başlayıb. 10 may tarixində Qəzza zolağına nəzarət edən radikal HƏMAS qrupu vəziyyətə müdaxilə edib.

Son xəbərlər
Digər xəbərlər