S.Ərəbistanı və BƏƏ neft hasilatı üzrə razılığa gəliblər

Dünyanın ən böyük neft istehsalçılarından biri və OPEC təşkilatının lideri olan Səudiyyə Ərəbistanı və BƏƏ neft hasilatı üzrə kompromissə nail olublar.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, BƏƏ müddəti 2022-ci ilin aprel ayında sona çatan razılaşmadan sonra neft hasilatını gündə 3.65 milyon barelə qədər artıracaq.

İyulun əvvəlində BƏƏ-nin müqaviməti səbəbindən Rusiya ilə OPEC arasında avqustun 1-dən hasilatın artırılmasına dair müqavilə pozulub. Rusiya və Səudiyyə Ərəbistanı “şiddətlə” BƏƏ-nin kvotanı artırmaq tələbini rədd edib.

“UBS Group”un analitiki Covanni Staunovo onun kvotaları tənzimləmək istəyini Pandora qutusunun açılması ilə müqayisə edib. Neft kotirovkaları birinci enib, sonra isə 76 dollardan yuxarı qalxıb. Hal-hazırda “Brent” markalı neftin qiyməti 76.5 dollar səviyyəsindədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.