8 C
Baku
Saturday, December 3, 2022

S.Ərəbistanı və Rusiya ABŞ və Britaniya iqtisadiyyatlarını necə darmadağın edir? – ŞƏRH

5 oktyabr neft hasil edən ölkələr OPEC+ alyanasda olan ölkələr Rusiya və Səudiyyə Ərəbistanı öz aralarında gündəlik olaraq 2 mln barrel neft hasili azaltmaq razılığına gəlmişdi. Bu günlük olaraq ümumi hasilin 2% nə bərabərdir. Nəzərə alsaq ki ABŞ-da inflyasiya 40 ilin maksimumundadır və Böyük Britaniya artıq texniki resessiya astanasındadırlar neftin hasilatının azaldılması, neft qiymətlərindəki qalxış bu ölkələrdə daha çox fəlakətə gətirib çıxarda bilər. Beləliklə, Rusiya və Yaxın şərq və Qərb öz aralarındakı neft müharibəsi 2023 cü ildə iqtisadiyyatın taleyini həll edə bilər.

OPEC+ bütün dünya neft hasilatının 50%-ni təşkil edir və 90% təstiqlənmiş neft ehtiyatları məhz bu ölkələrdədir.

ABŞ bundan ən çox əziyyət çəkən olacaq. Prezident Co Bayden deyir ki, Səudiyyə Ərəbistanı üçün bunun çox pis nəticələri olacaq, ABŞ-ın beynəlxalq əlaqələr komitəsinin sədri deyir ki bundan sonra onlara silah satmayacağıq.

Ağ Ev: OPEC+ alyansının neft hasilatını azaltması o deməkdir ki açıq şəkildə onlar Rusiyanı dəstəkləyir.

OPEC + istəyir ki neft qiymətləri bahalaşsın. Çünki zatən onlar fikirləşir 2023 cü ildə qlobal resessiya gələcək və bu zaman neft qiymətləri COVID-19 dövründə olduğu kimi $20-30-a enəcək və bunlar məcbur o qiymətə neft satacaqlar. OPEC+ hasilatı azaldan kimi neft qiymətləri 90$-dan 99$ a kimi bahalaşmışdır. Bax beləcə OPEC+ öz səlahiyyətlərindən istifadə edir. Neft qiymətləri bahalaşanda Rusiya üçün gəlirlər daha da artır bu da müharibə üçün resursun artmağı deməkdir. Əvvəlki illərdə mart-iyul arası Rusiya enerji satışından $50 milyard əldə etmişdirsə , 2022 ci il mart-iyul arası Rusiya 2 dəfə daha çox $90 milyard əldə etmişdir.

Bəs yaxşı, ABŞ nə Səudiyyə Ərəbistan kralını nə də Vladimir Putini bu qərara görə həbs edə bilməz. Onda ABŞ nə edəcək ?

Hər dəfə belə situasiyalar olanda ABŞ “NOPEC” adlı qanun layihəsini masaya qoymaq istəyəndə, Səudiyyə Ərəbistanı ABŞ-ı şantaj edirdi.

Şantaj nədən ibarətdir?

1) Səudiyyə Ərəbistanı ABŞ-ın ən böyük silah alıcısıdır. Əgər NOPEC adlı layihə təsdiqlənərsə onlar boykot edib ABŞ-dan daha silah almayacağını bununla bərabər silahları Rusiyadan alacağını deyirdi. Əgər silah alışları dayanarsa o zaman Silah şirkətləri daha ABŞ siyasi partiyalarını dəstəkləməyəcək və bu da onların hakimiyyətinə son gətirəcək.

2) 1945 ci ildə Frank Ruzvelt və Səudiyyə Ərəbistan kralı nefti yalnız ABŞ dollarla satılacağı barədə razılığa gəlmişdilər və əvəzində ABŞ onlara silah satacağını və təhlükədən qoruacağını bildirmişdir. Buna görə də bütün Neft ölkələri ölkələri ABŞ Banklarında dollar rezervinə sahibdirlər və o pullar daha sonra ABŞ istiqrazlarına yatırılır.

Bu aktivlərin dəyəri $7 trilyondur.

Əgər ABŞ , S.Ərəbistanın damarına bassa o zaman Krallıq nefti rubl ilə sata bilər və bu da o deməkdir ki onların ABŞ banklarındakı istiqrazları satılacaq və Rusiya banklarına invest ediləcək.

Xatırladımki ABŞ, NOPEC qanun layihəsini iyirmi ildir qəbul edə bilmirlər.

Ancaq bu dəfə neft qiymətlərinin düşməsini təkcə ABŞ yox həmdə Avropa istəyir. Səudiyyə Ərəbistanı ən çox ABŞ-dan silah alırsa, 2-3-4-5-ci yerlərdə (Fransa, İspaniya, İtaliya, İsveçrə) Avropa ölkələri durur.

Əgər nəzərə alınsa Yaxın Şərqdə bir az vəziyyət qarışıqdır, ABŞ və Avropa ölkələri birləşib Səudiyyə Krallığına silah satmasalar bu Səudiyyə üçün katastrofa ola bilər. Bundan başqa Səudiyyə Ərəbistanının çox az ordusu var cəmi 127 min və əgər ABŞ öz ordusunu Ərəbistandan çəksə bu Səudiyyə üçün 2-ci şok olacaq.

Avropa enerji qiymətlərinə alış limit qoymaq qərarına gəlib. Əgər Rusiyaya kömək edən ölkələr olacaqsa bu onlarında enerji qiymətinə limit qoymaq olacaq.

Bəs yaxşı əgər Avropa ölkələri danışıb Rusiya neftinin alışına limit qoyacaqlarsa, o zaman Rusiya da neftini Çin vasitəsi ilə Hindistana və başqa ölkələrə satacaq. Bu barədə zatən xəbərlər yazmışdır.

Avropalalılar buna necə mane olacaqlar?

Gəmi biznesində sığorta çox önəmli amillərdəndir. Çünki  neft tankerinin zədələnməsi və neftin sızması həmin gəmiçilik şirkəti üçün çox təhlükəli ola bilər. Təsadüfə bax ki 13 dəniz sığorta qrupundan ibarət beynəlxalq qrup bütün dünya neft daşıma gəmiçiliyinin təxminən 90%-ni əhatə edir və bu qrup Londonda yerləşir. Avropa ittifaqı əgər sığorta şirkətləri, Rusiyadan nefti müəyyən olunmuş qiymətdən yuxarı almış tankerləri sığortalayarsa o zaman onlara sanksiya tətbiq olunacaq qərarı verib.  Məsələn X şirkəti Rusiyadan nefti $60-a alıbsa və öz tankerinin daşınmasını sığortalamaq istəyirsə o zaman Aİ-nin neft limiti qiymətini keçibsə bunu edə bilməz.

Texniki olaraq əlavə edimki mən 2023 cü ildə Neft qiymətlərinin 60$-dan aşağıda olacağını təxmin edirəm.

Müəllif:
Nizami Qorçubəy,
birjalar üzrə ekspert

Son xəbərlər
Digər xəbərlər
X