21 C
Baku
Şənbə, May 21, 2022

S.Ərəbistanının dövlət fondu kiberidmana $1.5 mlrd. sərmayə qoyur

Səudiyyə Ərəbistanının dövlət fondunun maliyyələşdirdiyi “Savvy Gaming Group” şirkəti kiberidman sahəsində rekord alışa imza atıb.

Banker.az xəbər verir ki, eyni anda iki ən böyük turnir operatoru 2 milyard dollara alıb – “ESL Gaming” (1.05 milyard dollar) və “FACEIT” (500 milyon dollar). Yeni sahib iki şirkəti rəqabətədavamlı oyun platforması “ESL FACEIT Group”a birləşdirməyi planlaşdırır.

“ESL” – 600-dən çox işçisi ilə dünyanın ən böyük və ən məşhur kiberidman turniri operatorlarından biridir. O, “Data 2”, “Counter-Strice: Global Offensive”, “CS:GO” və digər oyunlar üzrə turnirlər keçirir.

Sövdələşmənin hələ 2022-ci ilin ikinci rübündə yekunlaşması gözlənilsə də, birləşmiş şirkətin nümayəndələri artıq qlobal platforma yaratmaq planlarını açıqlayıblar. Onlar bildiriblər ki, birləşmə operatorlara qlobal oyun cəmiyyətini gücləndirməyə imkan verəcək, eyni zamanda fırıldaqçılarla daha effektiv mübarizə aparmağa kömək edəcək.

Birgə platforma həmçinin lokal səhnələri inkişaf etdirməyi, eləcə də yerli təşkilatçıları dəstəkləməyi planlaşdırır. Operatorlar perspektivli oyunçulara peşəkar səhnədə yol açmağa və onlara yeni imkanlar təqdim etməyi vəd ediblər.

Xatırladaq ki, daha əvvəl “Savvy Gaming Group” irimiqyaslı alışını yalnız futbol sahəsində edib. O, İngiltərənin “Nyukasl” klubunun sahibidir və hazırda Səudiyyə Ərəbistanının dövlət fondunun nümayəndələri İtaliyanın “İnter” klubunu 1 milyard dollara almaq üçün danışıqlar aparır.

Son xəbərlər
Oxşar xəbərlər