Həftənin son iş günü Səudiyyə Ərəbistanın dövlət neft istehsalçısı “Saudi Aramco” bildirib ki, ölkə Asiyaya ən çox satdığı “Arab Light” markalı xam neftinin dekabr ayı rəsmi satış qiymətlərini (OSP) Oman/Dubay orta göstəricisi ilə müqayisədə +5.45 dollar/barelə endirib.
Keçən ayın sonlarında ticarət mənbələri tərəfindən Çində ciddi COVID-19 qaydaları fonunda gözləniləndən daha zəif yanacaq istehlakının regional tələbata əngəl olması səbəbindən ölkənin dekabr ayında Asiya üçün xam neftin əksər növlərinin qiymətlərini endirə biləcəyini bildirilmişdi.









