9 C
Baku
Wednesday, December 11, 2024

S. Ərəbistanı BRICS bankına qoşulmaq üçün danışıqlar aparır

Səudiyyə Ərəbistanı və BRICS Yeni İnkişaf Bankı Ər-Riyadın qoşulması üzrə danışıqlar aparır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. O, bankın doqquzuncu üzvü ola bilər.

Bank “Financial Times”a bildirib ki, o, Səudiyyə Ərəbistanına böyük əhəmiyyət verir və onunla “səriştəli dialoq” aparır. Qeyd olunur ki, bu məsələ ilə bağlı müsbət qərar “Qərbin başçılıq etdiyi Bretton-Vuds institutlarına alternativ” kimi dünyanın ən böyük inkişaf etməkdə olan iqtisadiyyatlarını yaradan bank üzvləri arasında əlaqələrin möhkəmlənməsinə səbəb olacaq.

Xatırladaq ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. Yeni İnkişaf Bankı 2015-ci ildə fəaliyyətə başlayıb. Onun vəzifəsi üzv ölkələrin infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir. Banqladeş, Misir, BƏƏ və Uruqvay banka 2021-ci ildə qoşulub.

Son xəbərlər
Digər xəbərlər