23 C
Baku
Tuesday, April 23, 2024

S. Ərəbistanı dünyanın ən böyük biznes mərkəzini tikəcək – Video

Səudiyyə Ərəbistanı hökuməti Ər-Riyadda 400 kubmetrlik “Mukaab” adlı göydələn tikməyi planlaşdırır. Onun 19 kvadrat kilometr ərazidə yerləşməsi düşünülür. Yeni tikilinin ümumi sahəsi isə 25 milyon kvadratmetr olacağı planlaşdırılır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İçəridə 2 milyon kvadratmetr sahəsində mağazalar, mədəniyyət və turizm yerləri olacaq, binanın bütün hündürlüyü boyu isə akvarium tikiləcək.

Yeni rayonda həmçinin 100 mindən çox yaşayış sahəsi, 9 min mehmanxana otağı, o cümlədən 980 min kvadratmetrdən çox satış sahəsi və 1.4 milyon kvadrat metrdən çox ofis yeri nəzərdə tutulub. Səudiyyə Ərəbistanı hökuməti layihəni 2030-cu ilə qədər başa çatdırmağı planlaşdırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər