10 C
Baku
Tuesday, November 26, 2024

S. Ərəbistanı may ayı üçün neftin tədarük qiymətini qaldırıb

Səudiyyə Ərəbistanı 2022-ci ilin may ayında dünyanın bütün regionlarına neft tədarükü üçün qiymətləri qaldırıb.

Banker.az bu barədə “Vedmosto”yə istinadən xəbər verir ki, milli neft şirkəti “Saudi Aramco” gələn ay Arab Light markalı neftin qiymətini Asiya alıcılarına 9.35 dollar/barel artırıb. Qeyd olunur ki, bu, aprel ayı ilə müqayisədə 4.40 dollar çoxdur.

Amerika bazarında artım rekord 5.65 dollar/barel olacaq. Asiya üçün neftin digər növləri üzrə qiymətlər ən azı 2.70 dollar/barel, ABŞ-da isə 2.20 dollar/barel artacaq. “Bloomberg” yazır ki, Səudiyyə Ərəbistanının neft tədarükünün 60%-dən çoxu Asiyadan gəlir, ən böyük alıcılar arasında Çin, Yaponiya, Cənubi Koreya və Hindistandır. Ərəb ölkəsi mart ayında 10.3 milyon barel neft hasil etməklə dünyanın ən böyük xam neft ixracatçısı olub.

Qərb ölkələri Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiya neftindən imtina məsələsini müzakirə etməyə başlayıb. Martın əvvəlində ABŞ Rusiyadan enerji idxalına embarqo qoyduğunu elan edib. Britaniya və Kanada da Rusiya neftindən imtina etmək niyyətində olduğunu açıqlayıb.

Rusiya hökuməti xəbərdarlıq edib ki, Rusiya karbohidrogenlərindən imtina bazarda çökməyə səbəb ola bilər. Baş nazirin müavini Aleksandr Novakın sözlərinə görə, bu halda neftin bir barelinin qiyməti 300 dollara qədər yüksələ bilər.

Son xəbərlər
Digər xəbərlər