Neft hasilatı sahəsində dünya liderlərindən biri və bu bazarda Rusiyanın əsas rəqibi olan Səudiyyə Ərəbistanı gələcəyin şəhərini inşa edəcək.
Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
Bu şəhərdə yollar, avtomobillər və havanı çirkləndirən zərərli tullantılar olmayacaqdır.
“The Line” adını almış bu iddialı layihə haqqında Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman əl-Səid açıqlama verib. Onun sözlərinə görə, “The Line” 2017-ci ildə elan edilmiş daha böyük ideyanın həyata keçirilməsində ilk addım olacaq.
Söhbət Qırmızı dəniz sahilində futuristik biznes-hab “Neom”un yaradılmasından gedir. Bu layihə 500 milyard dollar dəyərində qiymətləndirilir. “The Line” bir qədər daha sadədir: onun infrastrukturunun dəyəri 100-200 milyard dollar olacaq, inşaat işlərinə 2021-ci ilin birinci rübündə başlanılacaq.
Səudiyyə Ərəbistanı “yaşıl şəhər” ideyasını reallaşdırmaq istəyirlər. Təxminən 1 milyon nəfərlik və 170 km uzunluğunda olan bu yaşayış məntəqəsində yalnız bərpa edilən enerji mənbələrindən istifadə ediləcək. Hərəkət üçün qatar və avtomobil kimi sürətli nəqliyyat vasitələrin istifadəyə veriləcək. Şəhərin bir ucundan digər ucuna səyahət 20 dəqiqədən çox olmayacaq.
Hesablamalara görə, “The Line” layihəsi 2030-cu ilədək 380 000 yeni iş yeri yaratmağa imkan verəcək. Müəlliflərin düşündüyü kimi, bu təşəbbüs Səudiyyə Ərəbistanına “yaşıl” iqtisadiyyat və bərpa olunan enerji mənbələrini inkişaf etdirərək, neft ixracatından asılılığını azaltmağa (“neft iynəsi” ndən çıxmağa) imkan verəcək. Qeyd edək ki, 2020-ci ildə ölkənin neftdən əldə etdiyi mənfəət ümumi gəlirin təxminən yarısını təşkil edib ki, bu da yanacaq qiymətlərinin düşməsini nəzərə alaraq krallığın büdcəsini dəyişkən edir.