6 C
Baku
Monday, December 16, 2024

S. Ərəbistanı neft hasilatını artırmaq planlarını rədd edib

Səudiyyə Ərəbistanı və OPEC+ ölkələri neft hasilatının sutkada 500 min barel artırılmasını müzakirə etmirlər. Əksində, krallıq yaxın müddətdə daha da ixtisara gedə bilər, bunu ölkənin energetika naziri şahzadə Əbdüləziz bin Salman deyib. Xatırladaq ki, noyabrın 21-də “The Wall Street Journal” istehsalın artırılması ilə bağlı müzakirələr barədə məlumat yayıb.

“OPEC+ iclaslarından qabaq heç bir qərarın müzakirə olunmadığı hamıya məlumdur və sirr deyil. OPEC+ üzrə neft hasilatının sutkada 2 milyon barel azaldılması planı 2023-cü ilin sonuna qədər davam edəcək. Buna baxmayaraq, hasilatın azaldılması üçün əlavə hər hansısa tədbirlərin görülməsinə ehtiyac olarsa, biz hər zaman müdaxiləyə hazırıq”, – deyə Əbdüləziz bin Salman söyləyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, oktyabrın 5-də OPEC+ ölkələri neft hasilatını sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər. Bunun təşəbbüskarları Səudiyyə Ərəbistanı və Rusiya olub. “New York Times”a görə, Səudiyyə Ərəbistanı ilin sonuna qədər neft hasilatını artırmaq üçün ABŞ ilə gizli razılaşmanı pozub.

Son xəbərlər
Digər xəbərlər