2 C
Baku
Saturday, December 14, 2024

S. Ərəbistanı neft hasilatını azaltmaq qərarını sentyabra qədər uzadıb

Səudiyyə Ərəbistanı neft hasilatını könüllü olaraq sentyabr ayına qədər sutkada 1 milyon barel azaltmaq qərarına gəlib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Xatırladaq ki, bundan əvvəl neft hasilatının azaldılması iyul ayı üçün nəzərdə tutulub, sonra isə avqust ayına qədər uzadılıb.

Sentyabrda, eləcə də iyul və avqust aylarında Səudiyyə Ərəbistanının neft hasilatı sutkada 9 milyon barel təşkil edib. Sentyabrdakı azaldılma nəzərə alınmaqla hasilatın ümumi həcmi sutkada 1.5 milyon barel olacaq.

İyunun 4-də Vyanada keçirilən OPEC+ toplantısından sonra Səudiyyə Ərəbistanı neft hasilatını könüllü olaraq sutkada 1 milyon barel azaltdığını açıqlayıb. Krallığın Energetika Nazirliyindəki mənbəyə istinadən verilən məlumata görə, əlavə azaldılma neft bazarının sabitliyini və balansını qorumağa yönəlmiş xəbərdarlıq tədbiridir.

Xatırladaq ki, may ayında bir neçə OPEC+ ölkəsi könüllü olaraq neft hasilatını sutkada 1.66 milyon barel azaldıb, Səudiyyə Ərəbistanı isə istehsal həcmini 500 min barel kiçildib. Əvvəlcə bu tədbir 2023-cü ilin sonuna qədər qüvvədə olmalı idi. Bununla belə, OPEC+ iclasında ixtisarı dəstəkləyən bütün ölkələr onu 2024-cü ilin sonuna qədər uzadıb.

Son xəbərlər
Digər xəbərlər