Səudiyyə Ərəbistanın milli neft şirkəti olan “Saudi Aramco”nun 2022-ci ilin birinci yarısında xalis mənfəəti 87.9 milyard dolları ötüb ki, bunun da 48.4 milyard dolları ikinci rübün payına düşüb (2021-ci illə müqayisədə +90%). Şirkət bu barədə rəsmi hesabatda məlumat verib. Qeyd edildiyi kimi, il ərzində “Saudi Aramco” satışlarını 86% artırmağı bacarıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Hesabata görə, 2022-ci ilin ikinci rübündə şirkətin sərbəst nağd pulu 34.6 milyard dollar (illiklə müqayisədə +53%), ilin birinci yarısında isə 65.2 milyard dollar (+59%) təşkil edib. Bu fonda “Saudi Aramco”nun üçüncü rüb üzrə dividendlərinin 18.8 milyard dolları keçəcəyi proqnozlaşdırılır.
Mütəxəssislər bu artımı anti-Rusiya sanksiyaları ilə əlaqələndirirlər. 2022-ci ilin ikinci rübündə şirkət karbohidrogen hasilatını birinci rüblə müqayisədə 4.6% artıraraq gündəlik 13.6 milyon barrelə çatdırıb.
“Qlobal qısamüddətli proqnozlarda əks olunan iqtisadi yavaşlamaya baxmayaraq, neft tələbinin onilliyin sonuna kimi artmağa davam edəcəyini gözləyirik”, – şirkət vurğulayıb.
Daha əvvəl bildirilib ki, “Saudi Aramco”nun 2022-ci ilin birinci rübündə xalis mənfəəti təxminən 40 milyard dollara yüksəlib. Şirkət ən böyük ictimai şirkətlər reytinqində “Apple”ı qabaqlamağı bacarıb.