14 C
Baku
Thursday, November 7, 2024

S. Ərəbistanı neftdən rekord gəlir əldə edib

Dünyanın ən böyük neft istehsalçısı olan “Saudi Aramco” neftdən rekord gəlir əldə etdiyini açıqlayıb. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlar fonunda neftin bahalaşmasından sonra baş verib.

Şirkətin xalis gəliri birinci rübdə təxminən 40 milyard dollara yüksəlib. Bundan əvvəl dünyanın ən böyük ictimai şirkətlərin reytinqində “Saudi Aramco” “Apple”ı qabalşayıb.

Qeyd olunur ki, göstəriciyə təsir edən əsas amillər neftin qiymətinin və satış həcmlərinin artımı, eləcə də emal sektorunda marjanın yaxşılaşması olub. Bildirilir ki, şirkət sərbəst pul axınını 68% artıra bilib. Bu rəqəm 30.6 milyard dollar təşkil edib.

“Bloomberg”in məlumatına görə, “Aramco” 2022-ci ildə təkcə neft qiymətlərinin təxminən 45% artımından deyil, həm də Səudiyyə Ərəbistanının OPEC+ üzvləri ilə birlikdə hasilatı tədricən artırmasından da qazanıb. Krallığın neft hasilatı yanvar-mart ayları arasında gündəlik orta hesabla 10.2 milyon barel olub. Bu, 2021-ci illə müqayisədə 20% çoxdur.

Aprel ayında məlum olub ki, “Aramco” Asiya və Amerika bazarlarına çıxardığı neftin qiymətini qaldırıb. Söhbət may ayında yanacağın satışından gedir. Səudiyyə neftinin 60%-dən çoxunu Asiya ölkələri alır – Çin, Yaponiya, Cənubi Koreya və Hindistan.

Son xəbərlər
Digər xəbərlər