10 C
Baku
Thursday, December 12, 2024

S. Ərəbistanı qlobal oyun sənayesinin güc mərkəzi olmaq üçün $38 mlrd. sərmayə qoyur

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və taxt-tacının varisi Məhəmməd bin Salman ötən il ölkəsinin oyun sənayesində əsas oyunçuya çevrilməsi üçün plan hazırlamışdı. Dövlət İnvestisiya Fondunun xətti ilə bir sıra tanınmış studiyalarda minoritar paylar alınıb, lakin görünən odur ki, bu, hələ başlanğıcdır.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Fevral ayında fond artıq şirkətdə 8.3% paya sahib olan “Nintendo”da yenidən pay alıb. İndi o, səs hüququ olmayan ən böyük səhmdardır.

Hazırda Səudiyyə Ərəbistanında AAA oyunları yaratmaq üçün heç bir komanda yoxdur, lakin bu, gələcəkdə dəyişəcək. Dövlət böyük layihələrin inkişafı ilə Ərəbistana gələn “tərəfdaşlara və digər şirkətlərə” kömək etmək istəyir.

Səudiyyə hökuməti ölkəni “oyun mərkəzinə” çevirmək üçün sənayyeyə 38 milyard dollar sərmayə qoyur və daha çox şirkət öz oyunlarını Ərəbistanda inkişaf etdirmək və buraxmaq istəyir.

Niko Partners şirkətinin məlumatına görə, ölkədə 21 milyona yaxın oyunçu var ki, bu da əhalinin təxminən 58%-ni təşkil edir. Müqayisə üçün: ABŞ-da bu nisbət 66% təşkil edir. Analitiklər Qərbi Asiya və Şimali Afrikada video oyun bazarının 2026-cı ilə qədər 56% artaraq 2.79 milyard dollara çatacağını gözləyirlər. 2022-ci ildə regionlarda video oyun satışları 4.3% azalıb, lakin ekspertlər 2023-cü ilin buraxılışlarla dolu bazarı canlandıracağına inanırlar.

Son xəbərlər
Digər xəbərlər