Səudiyyə ərəbistanı dövlət neft şirkəti olan “Saudi Aramco”nun 1%-ni 19 milyard dollara satmaq üçün danışıqlar aparır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Vəliəhd Məhəmməd bin Salmanın verdiyi məlumata görə, krallıq iki il ərzində ikincil kütləvi təklifin (SPO) mümkünlüyünü müzakirə edir.
“Müqavilənin tamamlanması ilə bağlı heç bir söz vermək istəmirəm, amma indi dünyanın aparıcı enerji şirkətlərindən birinin 1%-ni satmaq üçün danışıqlar aparılır”, – deyə Səudiyyə Ərəbistanının şahzadəsi söyləyib.
“Saudi Aramco”nun yayımladığı açıqlamada 2020-ci ildə şirkətin xalis mənfəətinin 1.8 dəfə azalaraq 48 milyard dollara düşdüyü göstərilir. Aprel ayının əvvəlində şirkətin “Aramco Oil Pipelines” boru kəməri layihəsindəki payını 12.5 milyard dollar satdığı məlum olub.