-1 C
Baku
Sunday, December 15, 2024

S. Ərəbistanı təkcə dollarla deyil, digər valyutalarla da hesablaşmalara hazır olduğunu deyib

Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan bildirib ki, ölkəsi neft və qaz ticarəti üzrə hesablaşmaları təkcə ABŞ dolları ilə deyil, digər valyutalarla da ödəməyə hazırdır. Krallıq xüsusən də hesablaşmaların avro və rialda aparılması imkanlarını nəzərdən keçirir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Ticarət müqavilələrimizi hansı valyutada həyata keçirdiyimizi müzakirə etməkdə heç bir problem yoxdur: ABŞ dolları, avro və ya Səudiyyə rialı”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Çin prezidenti Si Tsinpin Səudiyyə Ərəbistana səfər edib. Sonra ölkə lideri enerji əməliyyatlarında yuanın istifadəsini aktivləşdirməyi, həmçinin ticarət hesablaşmaları üçün Şanxay birjasından istifadə etməyi təklif edib. Tərəflər ərəb ölkəsinin iqtisadiyyatına 50 milyard dollar sərmayə yatırılması haqqında saziş imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər