2 C
Baku
Saturday, December 14, 2024

S. Ərəbistanı Ukraynaya $400 mln. yardım ayırıb

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Ukraynaya 100 milyon dollar humanitar yardım və neft məhsullarının alınması üçün 300 milyon dollar qrant daxil olmaqla 400 milyon dollarlıq maliyyə dəstəyi paketini açıqlayıb. Ölkələr arasında həmçinin anlaşma memorandumu imzalanıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Maliyyə yardımının göstərilməsi barədə Səudiyyə Ərəbistanı Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Fevralın 26-da Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə Ukraynaya səfər edib. Diplomat Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Xatırladaq ki, oktyabr ayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ər-Riyadın Ukraynaya 400 milyon dollar humanitar yardım edəcəyinə söz vermişdi.

Son xəbərlər
Digər xəbərlər