16 C
Baku
Wednesday, May 8, 2024

S.Ərəbistanı Yəmənə $3 mlrd. iqtisadi yardım ayırır

Səudiyyə Ərəbistanı Yəmənə 3 milyard dollar iqtisadi yardım ayırdığını açıqlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin “SPA” agentliyi məlumat yayıb.

“Səudiyyə Ərəbistanı krallığı Yəmənə 3 milyard dollar həcmində iqtisadi yardım ayırır”, – deyə mesajda bildirilib.

Ər-Riyad Yəmənin yeni Prezident Şurasını “bu ölkədə sülhün bərqərar olması üçün” BMT-nin himayəsi altında husilərlə danışıqlara başlamağa çağırıb.

Martın sonunda Səudiyyə Ərəbistanı husilərin krallığa qarşı hücumları fonunda BMT Təhlükəsizlik Şurasının xüsusi iclasını tələb edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər