10 C
Baku
Sunday, May 19, 2024

S. Ərəbistanının neft gəlirləri 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb

Baş Statistika İdarəsinin hesabatına əsasən, Səudiyyə Ərəbistanının may ayında neft ixracından əldə etdiyi gəlirlər 37.7% azalıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. 2022-ci ilin mayında onlar 30.8 milyard dollar, bu ilin mayında isə 19.2 milyard dollar təşkil edib. Bu, 2021-ci ilin sentyabrından bəri ən aşağı göstəricidir.

Hesabat krallığın xarici ticarətində neft satışının payının nəzərəçarpacaq dərəcədə azaldığını göstərir. Keçən il 81%-ə qarşı indi 74% təşkil edir.

Ötən il Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlaması fonunda neftin qiymətinin kəskin bahalaşmasından Səudiyyə Ərəbistanı böyük fayda əldə edib. Bu il krallıq bazarda qiymətləri yüksək səviyyədə saxlamaq üçün hasilatı azaltmaq qərarına gəlib.

Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt və digər OPEC+ ölkələri aprel ayında neft hasilatını azaltmaq barədə razılığa gəliblər. Daha sonra Səudiyyə Ərəbistanı iyul ayında könüllü olaraq hasilatı sutkada daha 1 milyon barel (b/d) azaltacağını açıqlayıb. İyulun əvvəlində məlum olub ki, krallıq neft hasilatının könüllü azaldılmasını eyni həcmdə – sutkada 1 milyon barrel avqusta qədər uzatmaq niyyətindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər