22 C
Baku
Sunday, May 26, 2024

S. Ərəbistanının sərvət fondu 2022-ci ildə təxminən $16 mlrd. itirib

Səudiyyə Ərəbistanının sərvət fondu (PIF) 2022-ci ildə təxminən 16 milyard dollar itirib, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir. Bu məbləğə investisiyalardakı itkilər, təşkilatın fəaliyyəti ilə bağlı xərclər, vergilər və digər xərclər daxildir. Xatırladaq ki, 2021-ci ildə fond 25.4 milyard dollar mənfəət əldə edib.

Mənfi rəqəmlərin əsas səbəbi texnologiya fondlarına investisiyaların dəyərinin aşağı düşməsidir. Səudiyyə Ərəbistanı və Əbu-Dabi tərəfindən dəstəklənən Yaponiyanın “SoftBank Group”un “Vision Fund” fondunun 2022-ci ildə itkisi rekord həddə çatıb və 32 milyard dollar təşkil edib.

PIF – Səudiyyə Ərəbistanının neft sənayesinin şaxələndirilməsi strategiyasının əsas elementidir. Fonda vəliəhd şahzadə Məhəmməd bin Salman rəhbərlik edir. O, təşkilatın pullarını müxtəlif sahələrə sərmayə yatırmaq üçün istifadə edir: turizm, elektromobillərin istehsalı və krallıqda idman obyektlərinin tikintisi. Milli Sərvət Fondu İnstitutunun (SWFI) məlumatına görə, PIF-in aktivləri təxminən 777 milyard dollardır.

2022-ci ildə “Foxconn” və PIF elektrikli avtomobillərin istehsalı və satışı üzrə birgə müəssisə yaradıblar. Yeni şirkət “Ceer” adını alıb. Səudiyyə Ərəbistanı yeni avtomobil istehsalçısından 10 il ərzində 8 milyard dollar mənfəət əldə etməyi planlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər