Səudiyyə Ərəbistanının suveren investisiya fondu olan “Public Investment Fund” (PIF) Yaponiyanın oyun tərtibatçısı “Nintendo”da 5% pay alıb. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, martın sonunda fond “Nintendo”da 5.01% paya sahib olub.
Bu pay təxminən 3 milyard dollar dəyərində qiymətləndirilir. “PIF” sənədlərdə qeyd edir ki, satınalma sırf investisiya məqsədləri üçün həyata keçirilib və heç bir şəkildə şirkətin inkişaf strategiyasına təsir etmir.
Artan neft qiymətləri daha aktiv investisiyaları təşviq edir. Fond əvvəl də pandemiyadan bəhrələnən və son vaxtlar yaxşı inkişaf göstərən bir neçə oyun tərtibatçısına sərmayə qoyub. Onlar arasında “Electronic Arts” və “Two Interactive Software” olub. Bu ilin əvvəlində fond onlayn oyun sənayesinə sərmayə qoymaq üçün “Savvy Gaming” adlı törəmə şirkətinin yaradıldığını da elan edib.