26 C
Baku
Cümə, Sentyabr 17, 2021

S-400-lərlə bağlı Rusiya və Türkiyə arasında yeni müqavilə imzalana bilər

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiya və Türkiyə arasında Rusiyanın istehsalı olan S-400 zenit-raket kompleksləri ilə bağlı yeni müqavilə imzalana bilər.

TASS xəbər verir ki, bu barədə “Rostex”ə daxil olan “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumunda çıxışı zamanı bildirib.

“Yaxın günlərdə S-400 zenit-raket kompleksləri ilə bağlı Türkiyə və Rusiya arasında yeni kontrakt imzalana bilər. Konsultasiyalar yekun mərhələdə davam etdirilir”, – o qeyd edib.

Mixeevin sözlərinə görə, “IDEF-2021” hərbi sərgisi zamanı uğura nail olunub.

Qeyd edək ki, 2017-ci ildə Rusiya və Türkiyə arasında S-400-lərlə bağlı müqavilə imzalanmışdı.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər