9 C
Baku
Thursday, December 12, 2024

“S & P”: “Pasha Bank”ın aktivlərinin keyfiyyəti pisləşə reytinqi azaldıla bilər

“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın “Pasha Bank” ASC-nin xarici və yerli valyutada  kredit reytinqini “BB-/B” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə “stabil”dən “neqativ”ə endirib. “Report”un Moskva ofisinə istinadən verdiyi xəbərə görə, “Pasha Bank”ın proqnozunun “neqativ”ə endirilməsimə əsas səbəb kimi bankın aktivlərinin çətin maliyyə şəraiti yaranmasına görə gələcəkdə pisləşəcəyi ehtimalı göstərilib. Bundan başqa, Bankın kredit portfelinin keyfiyyətinin aşağı düşməsi səbəbindən bankın ehtiyatlarına tələbin artması və nəticədə, kapitala təzyiqin yüksəlməsi qeyd olunub.

Agentlik, son iki ildə “Pasha Bank”ın aktivlərinin keyfiyyət göstəricilərinin önəmli dərəcədə pisləşməsinə diqqət çəkərək, 90 gündən artıq problemli kreditlərin məcmu kredit portfelində payının 2014-cü ildəki 10,7%-dən 2015-ci ilin sonuna 15-17%-ə yüksələcəyini proqnozlaşdırdığını bildirib. Problemli kreditlərin xüsusi çəkisinin 2016-2017-ci illərdə də Azərbaycandakı makroiqtisadi mühitin çətin olacağı nəzərə alınaraq yüksək qalacağı ehtimal olunur.

Bankın 2014-cü ildə kredit xərclərinin bir sıra böyük korporativ müştərilərin ödənişlə bağlı problemləri səbəbindən 7,2%-ə yüksəldiyini bildirən Agentlik, nəticədə “Pasha Bank”ın 2,7 mln. manat zərər etdiyini vurğulayıb. “Standard & Poor’s” 2015-2016-cı illərdə də “Pasha Bank” ASC-nin kredit xərclərinin 6-8% olacağını və böyük ehtimalla zərərlə işləyəcəyini proqnozlaşdırır.

Bankın 20 ən iri kredit müqaviləsinin həcminin məcmu kreditlərin 62%-nə bərabər olduğunu bildirən Agentlik, bu məbləğin kapitalın 108%-nə bərabər olduğunu qeyd edir. Agentlik perspektivdə Bankın aktivlərinin keyfiyyətinin pisləşməsinin gözlənilməsi səbəbindən reytinqin azaldılacağını istisna etmir.

Son xəbərlər
Digər xəbərlər