10 C
Baku
Thursday, December 12, 2024

Saakaşvili amerikan universitetində işə düzəldi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Amerikanın Fletçer adına Hüquq və Diplomatiya universitetində işə düzəlib və burada Avropa dövlətləri barədə mühazirə deyəcək. Bu haqda məlumat təhsil müəssisəsinin saytında yerləşdirilmişdir.

Saakaşvilinin mühazirə kursu 2014-cü ilin yaz semestrində başlayacaq. Gürcüstanın keçmiş prezidentinin öz zəhmətinə görə nə qədər maaş alacağı barədə isə heç bir məlumat verilmir. Universitetin verdiyi məlumatda Saakaşvili öz ölkəsinin tarixini dəyişən və onu Qərb tərəfə istiqamətləndirən təcrübəli siyasətçi adlandırılır.

Əvvəllər, 2013-cü ilin dekabr ayında Saakaşvili yerli mətbuat nümayəndələrinə verdiyi müsahibədə etiraf etmişdi ki, Amerikanın bir neçə universitetlərində Gürcüstanda islahat proqramları üzərində işləyir. Elə o zaman o qeyd etmişdi ki, Amerikanın aparıcı universitetlərindən birindən çox ciddi təklif alıb.

Fletçer adına hüquq və diplomatiya məktəbi Tafts universitetinin bir hissəsidir. Məktəb 1933-cü ildə yaradılıb. Tafts universiteti beynəlxalq Times reytinqində 87-ci pilləni tutur.

Son xəbərlər
Digər xəbərlər