7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Saakaşvili Gürcüstanda yüksək vəzifələrdən imtina etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vətəninə geri çağırılacağı təqdirdə, yüksək vəzifələrdən imtina edəcəyini, “azad vətəndaş” olmaq istədiyini və yalnız bağının qayğısına qalmağa hazır olduğunu söyləyib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin yenidən təyin edilməsini tələb edən etiraz aksiyaları aparılır.

“Heç bir vəzifə istəmirəm, qaliblərin (müxalifət) təkliflərindən imtina edəcəyəm. Mən azad vətəndaş olmaq istəyirəm. Bağçama qayıtmaq istəyirəm. Səkkiz ildir ki, həyatımdan çox sevdiyim ölkəyə qayıda bilmirəm”, – Saakaşvili söyləyib.

O, beynəlxalq media nümayəndələri ilə birlikdə Gürcüstana gəlməyə hazır olduğunu əlavə edib.

Son xəbərlər
Oxşar xəbərlər