5 C
Baku
Saturday, December 14, 2024

Saakaşvili: “Mən Putinin hərbi əsiriyəm”

“Mənim həbsim Gürcüstan tarixində utancverici hadisədir, Gürcüstan xalqı beynəlxalq ictimaiyyətlə birlikdə bu ədalətsizliyə tez bir zamanda son qoymalıdır”.

Bunu Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, səhhətinin pis olmasına baxmayaraq, mənəvi cəhətdən möhkəmdir: “Məni sındıra bilməyiblər”.

M.Saakaşvili, həmçinin bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə iclasının təxirə salınmasına münasibət bildirib: “Məhkəmə qeyri-müəyyən müddətə, ən azı payızadək təxirə salındı. Bu aydın göstərir ki, Rusiya hakimiyyəti çöküb. Təbii ki, bugünkü nümunə sübut edir ki, mən Putinin və onun yerli kuklalarının hərbi əsiriyəm. Niyə mənim ortaya çıxmağımdan qorxursan?”.

Keçmiş Prezident yazıb ki, qələbəyə inanır: “Biz birliyimiz nəticəsində qalib gələcəyik”.

Qeyd edək ki, M.Saakaşvili 1967-ci ildə Tbilisidə doğulub. 2003-cü ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin devirilməsi ilə nəticələnən “qızılgül inqilabı”nın əsas ideoloqu və təşkilatçısı olub.

M.Saakaşvili 2004-cü ilin yanvarın 15-də keçirilən seçkilər nəticəsində Gürcüstan Prezidenti seçilib. 2013-cü ildə ikinci prezidentlik müddəti bitib və ölkəni tərk edib.

O, daha sonra Ukraynaya gedib, bu ölkənin vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb.

2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıdıb və həbs olunub.

Sabiq Prezident hazırda Rustavi şəhərində həbsxanada saxlanılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər