Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 71,25 % olub.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 40,08 % olub.
Qeyd edək ki, saat 15.00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60.54 faiz olub.